2021/05/Ziya_-1620392032.jpg

line
Adı: Ziya
Soyadı: Gözəlov
Ata adı: Zahid
Doğum tarixi: 19.01.2002
Şəhid olub: 08.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı

Ziya Zahid oğlu Gözəlov 19 yanvar 2002-ci il tarixdə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub.2008-2019-cu illərdə şəhid Nicat Əbilov adına Kəlbəhüseynli kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin yanvar ayından Azərbaycan Silahlı Qüvvələrində, «N» saylı hərbi hissədə xidmət etməyə başlayıb. 


Azərbaycan Ordusunun əsgəri olan Ziya Zahid oğlu Gözəlov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb .Ziya Gözəlov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Masallı rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Ziya Zahid oğlu Gözəlov ölümündən sonra «Vətən uğrunda»   medalı ilə təltif edilib.