2021/09/image-1632477643.jpg

line
Adı: Sadıqlı
Soyadı: İbrahim
Ata adı: Şahin
Doğum tarixi: 28.06.1993
Şəhid olub: 03.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
44 günlük müharibə... Qələbə... Şəhidlər... Bu gün şəhid ailələri övladlarının torpaq uğrunda şəhid olduğu üçün fəxr edir. Çünki biz onların şəhidliyi ilə qələbə qazandıq...

Şəhid Sadıqlı İbrahim Şahin oğlu 1993-cü ildə iyunun 28-də Bakı şəhərində anadan olub.


Uşaqlıqdan hərbi sahəyə marağı olan İbrahim 2016-cı ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Xidmət etdiyi dövrdə dəfələrlə müxtəlif fəxri fərmanlar və medallarla təltif edilib.


İbrahimin qardaşı Vüqar bildirib ki, İbrahim 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayının sonuna kimi Çin Xalq Respublikasında snayper kursu keçib. Bu zaman o, 50 ölkə arasında ikinci yer tutaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıb.




"Sentyabrda II Qarabağ müharibəsi başlayan zaman İbrahim Kəlbəcər, Cəbrayıl, rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. İbrahim Cəbrayıl istiqmətində gedən döyüşlərdə adsız yüksəkliklərdə düşmən üçün döyüş çəkilişi apararaq koordinatları verən şəxsi yaxalaya və əsgər yoldaşlarını xilas edə bilmişdi", - deyə qardaşı danışır.


Onun sözlərinə görə, İbrahim oktyabrın 3-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxaran zaman şəhid olub: "Ölümündən sonra Ali Baş Komandan qardaşımı "Qarabağ" ordeni ilə təltif etdi. Döyüş yoldaşları danışırlar ki, qardaşım döyüşlər zamanı 60-a yaxın ermənini məhv edib. Onlar danışırlar ki, İbrahim Ağdərədə, Kəlbəcərin strateji yüksəkliklərinin azad olunmasında, Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib".




Vüqar bildirir ki, İbrahim mərd, təmiz ürəkli, dinə bağlı insan olub.


"Zəhmətkeş idi. Çalışırdı hamının əlindən tutsun, yardım etsin. Ailə həyatı qurmurdu ki, "Qarabağ işğaldan azad edilsin, sonra evlənəcəyəm". Hər zaman ailəmizə dayaq idi. Həm mənəvi, həm maddi cəhətdən dəstəyimiz idi. Hər zaman da şəhid olmağı arzulayırdı".

İbrahimin ürəyində bir arzusu da olub. Hər zaman deyirmiş ki, "əgər şəhid olsam, məni tanıdın".
İbrahim Sadıqlı oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.