2021/01/12356-1611904085.jpg

line
Adı: Cavadov
Soyadı: Namiq
Ata adı: Rəhbər
Doğum tarixi: 07.11.1973
Şəhid olub: 25.10.2020
Rütbəsi: leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Namiq Rəhbər oğlu Cavadov 1973-cü ilin noyabr ayının 7- də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1993-cü ildə BDU-nun Coğrafiya fakültəsinə daxil olub. 1997-ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil alıb.

Vətənə, torpağa uşaqlıqdan bağlı olan Namiq könüllü olaraq 16 yaşında əsgərliyə heç kimin xəbəri olmadan gedib. Leytenant Cavadov 2003-cü ildə Naxçıvan şəhərinin Sədərək rayonunda 2 il 6 ay Vətənə xidmət edib. Xidmət etdiyi zaman əsgərlərinin və zabit heyətinin dərin hörmətini qazanıb. Namiqlə olan xatirələrdən danışan zabit yoldaşları onun səlistliyi, dəqiq qərarlığı, əsgərlərinə necə diqqətlə yanaşmasını, onlara canının bir qardaş bir valideyn kimi yanmasını dilə gətirir.

Öz ixtisasının atıcı-snayperçi olmasına baxmayaraq, tank sürməyi, mina dəf etməyi də bacarırmış. Əsgərlərinə ən çətin şəraitdə belə səbrli olmağı, ac və susuz dözümlü qalmağın dərsini öyrədirmiş. Hər zaman işğal olunmuş torpağların həsrətindən danışan, müharibə olmağını səbrsizliklə gözləyən Namiq şəhidlik zirvəsinin ucalığından bəhs edərdi. Gerbinə, Bayrağına düşkün olan Namiq hər zaman milli atributları əziz tutub hər şeydən uca bilirdi.

Ehtiyyatda olan Leytenant Namiq Cavadov Səfərbərlik Xidmətinə çoxsaylı müraciətlər etməsinin nəticəsində oktyabrın 19-u İkinci Qarabağ, Vətən Müharibəsinə çağırılıb. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq, könüllü olaraq ön cəbhəyə gedib, Qubadlı döyüşlərində iştirak edib.

Burada gedən ağır döyüşlərə şücaətlər göstərərək Laçının Güləbird qəsəbəsinə kimi gəlib çıxıb. 60 əsgərdən ibarət kazarmanı təhlükəli vəziyyətdən çıxarıb, 20 yaralı əsgərə köməklik göstərərək həyatını xilas edib. Oktyabr ayının 25-i, döyüşə yollandığının 6-cı günündə Laçının Güləbird qəsəbəsində düşmənin xain qəlpəsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalıb.

Namiqin 2 övladı, 22 yaşlı qızı, 20 yaşlı oğlu yadigar qalıb. Şəhid Leytenant Namiq Cavadov II Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun!

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.



memorial.az
  

memorial.az