2021/01/800px-1611914382.jpg

line
Adı: Hacıyev
Soyadı: Abakar
Ata adı: Məhəmməd
Doğum tarixi: 11.04.1979
Şəhid olub: 27.10.2020
Rütbəsi: Mayor
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Ermənistan üzərində tarixi qələbəmizi elə-belə qazanmamışıq! Silahlı Qüvvələrin Ali Baş Komandanı ali cənab İlham Əliyevin polad kimi güclü iradəsi və qətiyyəti, Müzəffər Ordumuzun misilsiz şücaəti sayəsində qazanmışıq bu qələbəni! Şəhidlərimizin qanı, canı bahasına geri aldıq Qarabağı.

Abakar Hacıyev də bizə 30 ildən sonra  qələbənin nə qədər şirin olduğunu göstərən ölməz Şəhidlərimizdən biridir. 11 aprel,1979-cu ildə Zaqatalanın Dardoqqaz kəndində anadan olmuş  Abakar Hacıyev Müdafiə Nazirliyinin Qusardakı hərbi hissə komandirinin siyasi işlər üzrə müavini - "zampolit" idi. 1996-2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında - indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Hacıyev leytenant kimi xidmətə başlayıb. 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. Sonuncu xidmət yeri Qusar olub. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb.


Abakar Hacıyev Qusarda işlədiyi 3 il ərzində hamının hörmərini qazana bilmişdi. Qeyri-adi sadəliyi və hamının hiss elədiyi insanlığı ilə.







Bacardığı köməyi edərdi. Həlim xasiyyətli, amma polad iradəli, sərt görkəmli Abakar Hacıyevi əsgərləri indi çox hörmətlə, ürək ağrısı ilə xatırlayır. Vaxtilə əsgəri olmuş bir gənc Abakarın qardaşı Arifə yazır:

"Salam, sizin qarşınızda baş əyirəm, bir şeyi deye bilərəm ki, hərbi hissədə artıq bir il yarımdır ki,mən Cənab Mayor Abakarı tanıyırdım, onun kimi adam olmayıb olmayacaq da, ömru boyu qarışqanı belə incitməzdi. Onun işi arxa cəbhədə idi, amma həmişə qabağa gəlirdi bizim yanmıza bizə dəstək olurdu."  Abakar Hacıyevin keçmiş və indiki əsgərlərinin hamısı onun haqda bu fikirdədir.


Mərhum Abakar Hacıyev  Qusardan Vətən  müharibəsinin  ilk saatlarında - sentyabrın 27-si səhər saat 6-da çıxıb. Ailəsinə təlimə gedəcəyini deyib. Sonuncu dəfə evə oktyabrın 26-sı səhər saatlarında zəng edib. Həyat yoldaşı Arzu xanıma deyib ki:



“Mən qabağa gedirəm, iki gün telefonum bağlı olsa narahat olmayın. Uşaqlardan muğayat ol, möhkəm ol". Dediyi  düz çıxıb, ondan sonra Abakara zəng çatmayıb. O elə həmin gün - oktyabrın 26-da Şuşa ətrafında - Qırmızıbazar qəsəbəsinin girişində qəhrəmancasına həlak olub, şəhadətə qovuşub. Doğulduğu Zaqatala rayonunun Dardoqqaz kənd qəbiristanlığında dəfn edilib. Eşidən kimi Qusardan onun dəfninə gedən Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov deyir ki, ölməli adam  deyildi, sadəlik timsalı idi bu insan. Qusarın bütün tədbirlərinə həvəslə qatılırdı. Böyük təşkilatçılıq qabiliyyəti vardı. Rayonda hərbi hissə ilə bağlı nə lazım olsa hamı Abakarı axtarırdı.



Avar xalqının nümayəndəsi idi Abakar Hacıyev. Atası Məhəmmədi 2004-cü ildə itirmişdi. Ailədə 1 bacı, 3 qardaş olublar. Abakar ailənin böyüyü idi. Üç övladı ondan yadigar qaldı: Hacının 12, Elviranın 10, Eldarın 4 yaşı var. Qusarda ailəsilə hərbi şəhərcikdə xidməti evdə  yaşayıb. Amma şəxsi evi yoxdur. Kiçik qardaşı Arif deyir ki, "Abakar ana nənəmizin yurdu olan Çökək kəndində  nənəmin həyətində özünə ev tikirdi. Çünki dayım rəhmətə gedəndə nənəm evini Abakara vəsiyyət eləmişdi. Ev köhnə olduğundan Abakar təzə ev tikdirirdi... evi də yarımçıq qalıb..."  Ömrü kimi, özü kimi.




Arif Hacıyevin sözlərinə görə, Zaqatala İH başçısı Mübariz Əhmədzadə söz verib ki, Abakarın yarımçıq evini tikib ailəsinə təhvil verəcək.


Qusardan Qarabağa ezam olunmuş hərbçilər iki aydan sonra, noyabrın 25-dən başlayaraq, öz daimi dislokasiya yerinə geri qayıtmağa başladılar. Amma dəstənin əvvəlində gedən  polkovnik-leytenant Abakar Hacıyev geri qayıtmadı. Çox təəssüf! Amma təsəlli yerimiz var. Ali Baş Komandanımız ali cənab İlham Əliyevin qətiyyətindən güc alan igid hərbçilərimiz 30 ildir erməni işğalında fəryad edən Qarabağı azad etdilər, məcburi köçkünlükdən bezən insanlara qaytardılar. Bax, təsəllimiz, sevincimiz budur. Məhz Abakar kimi qeyrətli igidlərimiz  bizə qələbənin tamını dadızdırdılar. Ruhları həmişə bizimlədir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Abakar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Abakar Hacıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.