Cavid Habil oğlu Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub. Cavid 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Hüseynov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Hamarqışlaq kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülən Cavid ölümündən sonra "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.