2021/01/image-3223906554.jpg

line
Soyad: Səfərov
Ad: Elvin
Ata adı: Ramiz
Doğum tarixi: 10.12.1989
Şəhid olub: 31.10.2020
Rütbə: Miçman
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı

Elvin Səfərov 1989-cu il dekabrın 10-da Lerik rayonun Soru kəndində anadan olub. 2007-ci ildə Təhsin Cəfərov adına Soru kənd tam orta məktəbini bitirib. 2008-2009-cu illərdə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində həqiqi hərbi xidmətini başa vurub. 2014-cü ildə yenidən ordu sıralarına yazılıb.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Su Altı Hücüm (SAH) Xüsusi Təyinatlı Qüvvələrin miçmanı olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Qubadlının, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Elvin Səfərov oktyabrın 31-də Xocavənd rayon Aşağı Veysəli kəndinin Qızılqaya yüksəkliyi istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.Cəbrayıl,

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov ölümündən sonra  "Qarabağ" ordeni  ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edildi.Elvin Səfərov

Azərbaycanın Füzulı, Qubadlı, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il, 25.12.2020-ci il və 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Elvin Səfərov ölümündən sonra  "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.