2021/01/mehem-3223999868.jpg

line
Adı: İbrahimli
Soyadı: Məhəmmədəli
Ata adı: Mütəllim
Doğum tarixi: 22.11.1996
Şəhid olub: 13.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı

Məhəmmədəli İbrahimli Mütəllim oğlu 22 noyabr 1996-cı ildə Beyləqanda doğulub. Əslən Füzulinin Cuvarlı kəndindəndir. 2011-2014-cü illərdə Bakıda 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsilindən sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr pilləsinə daxil olub.


O, Ağdamın "İmarət" fan-klubunun ən fəal azarkeşlərindən idi, demək olar ki, klubun bütun oyunlarında olurdu. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Kəşfiyyatçı əsgər olan M.İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edir. Oktyabrın 3-dən 4-nə keçən gecə Suqovuşan uğrunda gedən döyüşdə yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkidlə yenidən cəbhəyə qayıdır. Tək arzusu torpaqlarımızı işğaldan azad etmək olan əsgərimiz döyüş yoldaşlarına deyirdi:


"Bizim soyumuzu davam edəcək kimsə qalmasa da, qoy haqqımızda Vətən üçün özlərini qurban verdi desinlər". Sonuncu dəfə yodaşlarıyla söhbətində "mən şəhid olsam, vətənim Füzulinin Cuvarlı kəndindən torpaq gətirib məzar torpağıma qatarsınız" - deyib.


O, oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı əsgər kimi xidməti zamanı qəhrəmancasına şəhid olur. 63 gün heç bir xəbər ala bilməyən ailəsi 15 dekabrda övladlarının şəhid olduğunu öyrənir və həmin gün Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunur.


2021-ci ildə bir qrup dostu tərəfindən xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün Məhəmmədəli İbrahimli Təqaüd Proqramı yaradılıb.