Əslən Füzulinin Qacar kəndindəndir. 2013-cü ildə 296 №li məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənayə universitetinin Qaz-neft-mədən fakültəsinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olur. 2017-ci ildə təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. 2018-ci ildə tərxis olunur.
2020-ci ildə Vətən müharibəsinə qatılıb və 27 sentyabrda Füzulinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib .
Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.