2021/01/13130-3224005490.jpg

line
Adı: Kənan
Soyadı: Həsənov
Ata adı: Elşad
Doğum tarixi: 16.09.1997
Şəhid olub: 10.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı

44 günlük Vətən müharibəsi bizə tarixi qələbə qazandırdı. Qələbəyə gedən bu yolda isə şəhidlərimizin rolu danılmazdır. Şəhidlik zirvəsinə ucalan həmin qəhrəmanlardan biri də Kənan Həsənovdur.


Həsənov Kənan Elşad oğlu 16 sentyabr 1997-ci ildə Salyanın Qaraçala qəsəbəsində doğulub. AZMİU mexanika mühəndisliyini bitirib. Subay olan şəhidimiz ailəsiylə birgə Qaraçala qəsəbəsi Arxarası kəndində yaşayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günlərindən döyüşdə iştirak edib. Tapqaraqoyunlu, Talış kənd, Hadrut, Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı fəal şəkildə vuruşub. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində erməni postuna hücumu zamanı qəhrəmancasına şəhid olub. Ondan bir neçə saat əvvəl isə anasıyla telefon danışığında onun rahat olması üçün "narahat olmayın, mən yaxşıyam, təhlükəsiz yerdəyəm" - deyib və döyüşdə olduğunu ailəsindən gizlədib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Kənan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Kənan Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.