Eltac Sədrəddin oğlu Azadlı 1992-ci il, martın 22-də Beyləqanın Dünyamalılar kəndində doğulub. iki bacının tək qardaşı idi. 1999-2010-cu illərdə Dünyamalılar kənd 1 saylı məktəbdə təhsil alıb.
Məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb və Gəncə şəhərindəki hərbi hissədə 4-cü özüyeriyen artilleriya divizionunun 10-cu batareyasının 1-ci özüyeriyen artilleriya tağımında xidmət edib. 2012-ci ildə tərxis olunub.
Eltac 2020-ci il sentyabr 21-də səfərbərlik çağırışı ilə ordu sıralarına qoşulub. Vətən mübaribəsi zamanı Füzuli-Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 3-də Füzuli-Qubadlı istiqamətində düşmənlə mübarizədə şəhadətə yüksəlib.
Oktyabrın 31-də Dünyamalılar kəndində dəfn edilib. Şəhadətindən sonra "Xocavəndin alınması uğrunda" , "Füzulinin alınması uğrunda" , "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarıyla təltif edilib.
Fateh adlı bir oğlu bizə əmanətdir.