2021/04/Scree-1619692388.jpg

line
Soyad: Səlimov
Ad: Cəmil
Ata adı: Oqtay
Doğum tarixi: 15.01.1991
Şəhid olub: 29.09.2020
Rütbə: Gizir
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı
Cəmil Oqtay oğlu Səlimov 1991-ci il yanvarın 15-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun giziri olan hərbi tibb qulluqçusu Cəmil Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəmil Səlimov Ağuçuq istiqamətində gedən döyüşlərdə onlarla hərbi qulluqçuya ilk tibbi yardım göstərib və döyüş meydanından təxliyə edib.

Cəmil Səlimov sentyabrın 29-da Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı şəhid olub. Binə qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.