2021/01/16120-1612117553.jpg

line
Soyad: Babayev
Ad: Ramil
Ata adı: Taqət
Doğum tarixi: 12.12.1991
Şəhid olub: 27.09.2020
Rütbə: baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
İkinci Qarabağ müharibəsi şəhidlərindən biri də Ramil Taqət oğlu Babayevdir. O, 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb.

Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxcıvanski adına hərbi liseyində təhsil alıb. Daha sonra təhsilini Ali hərbi akademiyada davam etdirərək, oranı bitirib və zabit rütbəsi alıb.
Ramil hərbi xidmətinə Goranboy rayonunda kəşfiyyatçı kimi başlayıb və xidməti boyunca vətənə layiqli oğul olub, dəfələrlə komandirləri tərəfindən mükafatlara layiq görülüb.
Baş leytenant Babayev Aprel döyüşlərinin də iştirakçısı olub. Ailədə üç uşağın ən kiçiyi olan Ramil həmişə yaşadığı rayonda da cəsur, vətənpərvər oğul kimi tanınıb.

Ramil Babayev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb. Müharibənin ilk günü, sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. Şəhid 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn edilib.


Şəhidimiz ailəli idi, iki yaşında bir qızı və ölümündən on gün öncə dünyaya gələn bir oğlu əmanət qalıb.

Şəhid ata ölümündən sonra Azərbaycan prezidentinin "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.