Mikayılov Rahim Qalib oğlu 44 günlük Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biridir. 1990-cı il təvəllüdlü baş leytenant, Göygöldə N saylı hərbi hissənin zabiti olub. Zabitin atası Qalib Mikayılov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, oğlu ilə sonuncu dəfə müharibədən iki gün öncə əlaqə saxlayıb. Hərbçi yoldaşlarının bildirdiyinə görə, baş leytenant Mikaylov Murovdağ istiqamətində itkin düşüb.
Murovdağ istiqamətində itkin düşən zabitimizin nəşi 107 gün sonra Qubanın İkinci Nügədi kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, baş leytenantın itkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.
Allah rəhmət eləsin!
Şəhid R. Mikayılov Vətən müharibəsinin ilk günlərində itkin düşən hərbçilərdən biri idi.
memorial.az