2021/02/16109-1612204198.jpg

line
Adı: Gülməmmədov
Soyadı: Amin
Ata adı: Mayıs
Doğum tarixi: 31.07.1995
Şəhid olub: 02.11.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Cəsur döyüşçü» medalı

Amin Mayis oğlu Gülməmmədov 31 iyul 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olub. 2001-ci ildə Saltaq kənd tam orta məktəbinə qəbul olur, 2010-cu ildə hərb sənətinin ilkin mərhələsinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirir. 2013-cü ildə bu təhsil ocağından məzun olan Amin Mayis oğlu Gülməmmədov paytaxt Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2017- ildə AAHM-i bitirərək leytenant rütbəsinə yiyələnir və təyinat üzrə Füzuli rayonuna göndərilir.


27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ savaşına baş leytenant kimi qoşulan Amin Gülməmmədov Füzuli, Xocavənd, Cəbrayıl və Hadrutun düşmən işğalından azad olunması üçün qəhrəmalıqla döyüşüb. 2 noyabr 2020-ci il tarixdə Daşaltı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 28 dekabr 2020-ci ildə Saltaq kənd qəbiristanlığında torpağa tapşırılıb.




Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə baş leytenant Amin Mayis oğlu Gülməmmədov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 



Şəhidin yaxın qohumu Nüsrət Məmmədov Amin Gülməmmədov haqqında fikirlərini bölüşüb: “Əsgərləri Amini səmimi münasibətinə görə daha çox istəyirdilər. Hətta hərbi xidməti bitirən əsgərləri də daim onunla əlaqə saxlayırdılar. Azərbaycan Ordusunun zabiti mundirini şərəflə daşıyırdı. Nizam-intizamlı olmağı, vətənpərvərliyi, dövlətə, xalqa sevgisi ilə həmişə seçilirdi. İstiqanlı olması ilə qohumların, bütün kənd sakinlərinin sevgisini qazanmışdı. Ən böyük arzularından biri torpaqlarımızın düşmən işğalından azad edilməsində iştirak etmək idi. Arzusuna çatdı, Vətən müharibəsində iştirak edərək, qəhrəmancasına döyüşdü. Müharibədə böyük şucaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Xalqımız belə qəhrəman oğulları ilə fəxr edir”.