2021/02/16107-1612204736.jpg

line
Adı: Hacıyev
Soyadı: Şükür
Ata adı: Bayram
Doğum tarixi: 25.08.1999
Şəhid olub: 12.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı

Şükür Bayram oğlu Hacıyev 25 avqust 1999-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək şəhərində anadan olub. 2005-ci ildə Babək şəhər tam orta məktəbin 1-ci sinifinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra 2013-2016- ci illərdə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi liseydə təhsil alıb. 2016-ci ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2020-cu ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.



2020-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant vəzifəsinə təyin edilib. Azərbaycan Ordusunun leytenantı olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan (Tərtər) istiqamətində gedən döyüşlərdə iştirak edib.



  12 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.
Babək şəhər məzarlığında dəfn edilib.




 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şükür Hacıyev ölümündən sonra "Vətən uğrunda" , Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, “ Döyüşdə fərqlənməyə görə” medalı, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.