
2010-cu ildə təhsilini başa vuraraq hərbi xidmətə yola düşüb. 2012-ci il aprel ayında xidmətini Qusar rayonunda başa vurub. 2016-ci ildə yenidən öz istəyilə Bakı şəhərində müddətdən artıq hərbi xidmətə başlayıb.

Həmlə taborunda baş atıcı kimi xidmət edən Tapdıq 27 sentyabrda Vətən müharibəsi başlayan zaman cəbhəyə yola düşüb. Oktyabrın 8-də Füzuli, Cəbrayıl istiqamətində 25 döyüş yoldaşı ilə birlikdə şəhid olub. 22 gün Neytral zonada qalan Tapdıq oktyabrın 29-da Neytral zonadan götürülüb. 30 oktyabrda doğuldugu Qəbələ rayon Tüntül kəndində, böyük iztihamı ilə kənd qəbiristanlığında dəfn olunub.

O, bir bacının bir qardaşı idi. Oğlunun şəhid olduğunu biləndən səhhətində narahatlıq yaranan ana 44 gün dözə bildi. 44 gün sonra rəhmətə getdi. Tapdıq 2018-ci ildə ailə həyatı qurmuşdu və bu evlilikdən 1 yaş 3 aylıq bir oğlu vardı. Şəhidin həyat yoldaşı
Gülşən xanım deyir: "Oğlum Uğuru atası kimi şərəfli və atası kimi mərd bir oğul böyüdəcəm”.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Tapdıq Ağayev
” Vətən uğrunda” medalu ilə təltif edilib.

Şəhidin həyat yoldaşı ilə geniş reportajı bu linkdən oxuya bilərsiz:
https://yenicag.az/cenazeni-getirdiler-bayraq-ve-tabut-heyatimin-o-anda-sonduyunu-hiss-etdim-bir-sehidin-dastani/