2014-cü ildə Cəbrayıl rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Aprel döyüşlərində böyük şücaətlə iştirak edib. 2016-cı ildə hərbi xidməti bitirib. Ailəsinin yanına qayıtsa da, Vətən eşqi qəhrəmanımızı yenidən səngərlərə səsləyib. 2016-cı ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən Hərbi Hissəsinin Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq xidmətə başlayıb.
2020-ci ilin noyabr ayının 9-da Şuşada gedən döyüşlərdə düşmənlərə qan udduran igidimiz Şəhidlik zirvəsinə ucalıb.
...Barmağında üzüyü, ürəyində sevdiyinin adı tərk edir bu dünyanı. Gəlin qapısına aparılmalı olan xonçalar məzarlığa yola düşür. Bəy libası geyinə bilməyən igidimizin məzarına düzülür.
Tural Bayramlı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə
"Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Bayramlı ölümündən sonra
"Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.