2021/02/dasqi-3224836324.jpg

line
Adı: Rzalı
Soyadı: Daşqın
Ata adı: Elşad
Doğum tarixi: 27.05.1993
Şəhid olub: 21.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Zəngilanın azad olunmasına görə» medalı
Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb.

Daşqın Rzalı 1993-cü il may ayının 27-si Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində 1  saylı tam orta məktəbdə 1- ci sinifə daxil olmuşdur. Daşqın 2- ci sinifdə oxuyarkən atasını torpağa tapşırır. Ondan sonra tərbiyəsi ilə Daşqının anası-Gültəkin xanım məşğul olur. O, hər zaman əxlaqı və dürüstlüyü ilə seçilmişdir. Daşqıngil ailədə 3 övlad idilər. Gültəkin xanım müəyyən zorluqlarla  onları böyüdüb, boya- başa çatdırmışdır.


2011-ci il iyul ayının 1-i hərbi xidmətə başlayıb, 2012-ci il dekabr ayının 27-si hərbi xidməti uğurla başa vurub. Əsgərlikdən gəldikdən sonra bir müddət Bakı şəhərində işləmişdir. Elə bu zamanlarda da idman həvəsini itirməmiş, cüdo ilə məşğul olmağa davam etmişdir. 2017-ci il fevral ayının 17-si Dövlət Sərhəd Xidmətində işə başlamış,Yevlaxda 6 ay kurs keçdikdən sonra Lənkəran şəhərində  işini davam etdirmişdir. Ən son isə 2019-cu il aprel ayında Xızıda işə başlayıb. Xızıdakı işinə davam edən zaman-2019-cu ildə, avqust ayının 9- da ailə həyatı qurmuşdur.



Daşqın Rzalının idmana böyük həvəsi var idi. Məktəbdən gələn kimi çantasını atıb cüdoya qaçardı. Hər zaman yarışmalara qatılar, çoxunda da birinci yerin sahibi olardı. Hətta Daşqın dəfələrlə  Naxçıvana gedib 1-ci yerə çıxmışdı. Bakıya aparacaq idilər. Lakin ailəsinin maddi imkanı olmadığı üçün gedə bilməmişdi. Daşqın əsgərlikdən qayıtdıqdan sonra bir müddət Bakıda işləyib. Yenə də hər zamankı kimi onun idmana olan marağı özünü büruzə verirdi. Orada da idmanı buraxmayıb, yenə də idmana davam edirdi. Ancaq o həm işi, həm də idmanı bir yerdə alındıra bilmirdi.



2017-ci il fevral ayının 17-si Dövlət Sərhəd Xidmətində xidmətə başlamışdır. Yevlaxda 6-ay kurs keçdikdən sonra Lənkəran şəhərində, 2019-cu il aprel ayından Xızı şəhərində xidmətini davam etdirib.


2020- ci il iyun ayının 22- də Rzalı Daşqın təlimə başlamış idi.Lakin 27 sentyabrda Vətənimizin bütövlüyü uğrunda gedən  İkinci Qarabağ müharibəsi başlayan zaman təlimdən birbaşa müharibəyə qatılmışdır. Müharibədə olarkən evlə danışa bilmirdi. Danışdıqda isə ailəsindən nigaran qaldığını hər zaman dilə gətirirdi. Elə olurdu ki, günlərlə yuxusuz qalır, elə də olurdu ki, yemək belə yemirdi. Həyat yoldaşının səsini eşidən kimi  bütün yorğunluğu keçirdi.Yanındakı uşaqlar özlərinin şəhid olmalarını arzulayırdılar. Daşqın isə deyirdi: ” Mən istəmirəm şəhid olum, mən qəhrəmancasına döyüşüb ,torpaqlarımızı alıb gələcəyəm. ” Hər zaman Daşqına ” Qorxmursan? ” sualı verildikdə, gülərək belə cavab verirdi: ” Bu söz heç yaraşmadı, axı biz niyə qorxuruq, qoy onlar bizdən qorxsun! ”


Daşqın dostlarına, tanışlarına hər zaman sadiq və mehriban idi. Hər zaman özündən əvvəl dostlarını fikirləşərdi. Bu xasiyyəti müharibədə də özünü göstərirdi. Öz canını heçə sayaraq yaralı dostlarını çiynində daşıyırdı. O ki şəhid dostlarını orada buraxmazdı… Axı o, sədaqətli dost idi.


Daşqın Rzalı xüsusi təyinatlı idi. Basqın zamanı erməni murdarları onları əsir götürmək üçün dörd bir yanlarını basmışdılar. Orada Daşqın bir çoxunu snayperlə, digər ikisini də əli ilə öldürür. Bunu görən erməni alçaqları snayperlə Daşqını uzaqdan ürəyinə yaxın yerdən vururlar. Erməni maşınlarının onlara tərəf keçməsini görən Daşqın qışqıraraq: ” Düşmən qoşunları bu istiqamətə keçir, qoruyun Azərbaycanı! “- deyərək dostlarını xəbərdar etmişdir 


Azərbaycan Ordusunun kiçik giziri olan Daşqın Rzalı 2020-ci il 21 oktyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur.



Culfa rayon Yaycı kənd məzarlığında dəfn olunub.




 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rzalı Daşqın Elşad oğlu ölümündən sonra3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və  Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.