2021/02/16100-1612418629.jpg

line
Adı: Hüseynov
Soyadı: Raqib
Ata adı: Adil
Doğum tarixi: 03.07.1993
Şəhid olub: 29.09.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Raqib Adil oğlu Hüseynov 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində alıb. Ailəsinin Naxçıvan şəhərinə köçməsi ilə əlaqədar təhsilini Heydər Əliyev adına Naxçıvan şəhər tam orta məktəbində davam etdirib. Qəlbinə hakim kəsilən zabit olmaq arzusu onu 2009-cu ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə gətirib. İki il sonra liseyi yüksək qiymətlərlə bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2015-ci ildə məktəbi bitirərək leytenant rütbəsilə Gəncəyə göndərilib. 2018-ci ildən 2020-ci ilədək Tərtərdə qulluğunu davam etdirib.

Vətən müharibəsi başlayanda Raqib 9 ay idi ki, Naftalanda xidmət edirdi. 2020-ci il sentyabrın 29-da Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Naxçıvan şəhər məzarlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqib Hüseynov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" medalları, Laçın və Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə “Laçının azad olunmasına görə” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.



"Oğlumla hələ uşaqlığından fəxr edirdim. 5 yaşında olarkən mənə bir hərbi forma aldırmışdı, ən sevimli geyimi idi. İşini çox sevirdi, hərbidə zabit olaraq xidmətindən qürurlu idi. Arzuları çox idi, hər zaman söhbət edərkən şahidi olurdum ki, general olmaq arzusundadır. Bir sözlə özünü tapmışdı bu peşədə. Əsgərindən öndə gedirdi. Əsgərləri evimizin qonağı olarkən Raqib haqqında çox gözəl sözlər, xatirələr danışdılar. “Komandirimiz gözəl qəlbli insan idi, həmdə həsas idi. Hər birimizə böyük qardaş, ata qayğısı göstərirdi. Onun haqqı ödənilməz!" dedilər. Ən unudulmayan xatirə o oldu ki, Raqib bir-bir əsgərlərinin üstünü örtüb çıxarmış" , şəhid anası Rəna xanım oölu haqqında danışır.