2021/02/13819-1612449139.jpg

line
Adı: Seyidov
Soyadı: Əli
Ata adı: Rahim
Doğum tarixi: 11.07.1999
Şəhid olub: 04. 10. 2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Ağdamın azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Seyidov Əli Rahim oğlu 1999- cu il iyulun 11-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Rixard Zorge adına 90 saylı orta məktəbdə təhsil almağa başlayan Əli uşaqlıqdan kig-boks və ağır atletika üzrə yarışlarda birincilik qazanıb. 15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olub.

2017-ci ildə orta məktəbi bitirdikdən sonra Aviasiya Akademiyasına imtahan verib. Lakin müsabiqədən keçməyə cəmi iki balı çatmayıb. Başqa istənilən instituta qəbul olmaq imkanından istifadə etməyən Əli 2018-ci ilin yanavrında hərbi xidmətə yola düşüb. Goranboyda Ballı qayada hərbi xidmətə başlayıb. 3 aydan sonra bölgüdə Ağdama düşüb və cəmi 3 ay ərzində komandiri tərəfindən silahı hamıdan tez söküb yiğmaq üzrə ( 4 saniyə ərzində) təşəkkürnamə və bayraqla təltif olunub. Hərbi xidmətdəki fərqliliyinə görə “Yırtıcı” ləqəbi ilə çağırılan qəhrəmanımız 2019-cu ildə hərbi xidmətini bitirib gəlsə də, yenidən hərbi hissəyə qayıdıb və müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Qazandığı nailiyyətlərə görə yenə də təşəkkürnamə və bayraqla təltif olunub. Hərbi Hissədə Yırtıcı və Seyid ləqəbi ilə çağırılıb. Əli hərbidə qol güləşində, qaçışda, sərrast nisanla atəşdə və cəmi 4 saniyəyə silahı söküb-yığmaq üzrə rekordçu olub. Əlini hamıya nümunə çəkiblər.


21 yaşında Vətən uğrunda gedən döyüşlərdə qatılıb. 21 ermeni postunu və 7 erməni qəsbkarı ilə əlbəyaxa döyüşdə onları məhv edib. Döyüşlərdə qəhrəmancasına vuruşan igidimiz yaralansa belə yenə də qabağa gedərək hər kəsə səslənirmiş ki, “sonacan kişi kimi vuruşun!” . Seyidov Əli Rahim oğlu 2020-ci il oktyabrın 4-də Tərtər-Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub.


Əli həmişə deyərmiş ki, ” şəhidlik gözəl, mərd, qeyrətli zirvədir. Ən gözəli də Mübariz İbrahimov kimi və Mübariz şəhid olan yerdə şəhid olmaqdı.”. Arzusuna çatan şəhidimiz məhz Mübariz kimi, Mübariz şəhid olan yerdə şəhidlik zirvəsinə ucaldı. Son nəfəsində döyüşcü yoldaşlarına gülərək “nolub qan görmüsüz, hər şey yaxşıdı”-deyib. Hətta tabutunu açanda belə üzündə gülüşü varmış. Üç qardaşın ən kiçik yaşlı igidimiz evin sonbeşiyi olsa da hamının başının tacına çevrilib. Əli 2020-ci il oktyabrın 10-da Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn olunub.


Doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda aparılan Vətən müharibəsində göstərdiyi igidliklərə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əli Rahim oğlu Seyidov ölümündən sonra "Vətən müharibəsi iştirakcısı", "Ağdamın azad olunması", Suqovuşanın azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif olunub.