Murad kolleci bitirdikdən sonra 2015-ci ilin iyul ayında Səbail rayonu Səfərbərlik idarəsindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini Tərtər rayonu Qaradağlı kəndində edib. Muradın xidməti aprel döyüşlərinə təsadüf edib. Murad aprel döyüşlərində iştirak edib. Ağdamın Quzanlı kəndində, Tapqaraqoyunluda, Tərtər rayonu Qapanlı kəndində gedən döyüşlərdə fəal iştirak edib.
Top kamandiri ilə birlikdə düşmənin bir zirehli texnikasını və 3 canlı qüvvəsini məhv edib. Murad anasının səfərbərlik işçisi olmasına baxmayaraq xidmətdən yayınmayıb. 2017-ci ildə xidmətini başa vurub və işləyəyərək ailəsinə kömək edib.2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla Nəzrinlə nişanlanıb. 2020-ci ildə sentyabr ayında ali baş komandanın qismən səfərbərlik elan etdiyi gündən, Murad könüllü olaraq səfərbərliyə yazıldığı üçün anasında onun nə vaxt gedəcəyini soruşub.
2020 ci il sentyabr ayının 29-da anasının, bacısının, nişanlısının təkidinə baxmayaraq döyüşə yollanıb. Murad evin tək oğlu olub. Cəbrayıl, Füzuli, Hadrut rayonu ərazilərində gedən döyüşlərdə qəhrəmancasına döyüb. Döyüş yoldaşlarını 2 dəfə yaxın kəndlərdən ərzaq gətirməklə aclıqdan qurtarıb. Muradın yaralı olan döyüş yoldaşı Hüseyn onun haqqında Muradın qorxmazlığından, ürəkli olmağından ağız dolusu danışır.