Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əsgəri Elnur Zeynal oğlu Bağırovdur.
Elnur Bağırov 1996-cı ilin martın 6-da Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub. 24 yaşlı Elnur 2020-ci ilin noyabrın 2-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 15-də imzaladığı Sərəncama əsasən, “Vətən uğrunda”, dekabrın 29-da imzaladığı digər sərəncama əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.