Vətən müharibəsi zamanı səfərbərlik xidmətindən Azadın atasına zəng gəlir. Bunu eşidən Azad, səfərbərlik xidmətinə gəlir. Füzuli və Cəbrayl rayonlarındakı əks hücum əməliyyatlarında iştirak edib. Füzuli rayonun kəndlərində gedən döyüşlərdə şəhid olub. Həmişə ehtiyat edirdi ki, tək oğul olduğu üçün, birdən onun müharibəyə getməsinə kimsə mane ola bilər.
Azad Tapdıqov, səfərbərliyə çağrılanda sevinərək gedənlərdən biri olub. Müharibə başlayandan evin tək oğul övladı olduğu üçün, yaxınlarına öncədən xəbərdarlıq edib ki, bunu əsas gətirib kimsə onu müharibədən çəkindirməyə çalışmasın.
Səfərbərliyə çağrıldığı günü dostları ilə vida məclisi təşkil edir. Gedərkən də dostlarına vətəni qorumağın hər kəsin boynunun borcu olduğunu deyir. Vətən yolunda xidmət etməyi özünə borc bilən Azad, dostlarına da xidmətə getməyi tövsiyyə edir. İlk döyüşünədə Füzuli və Cəbrayl rayonlarındakı əks hücum əməlyyatları ilə başlayır. O, oktyabrın 9-da Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olub.
Ölümündən sonra "Vətən Uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.