Ali təhsilini başa vurduqdan sonra Murad hərbi xidmətə yollanıb. Xidmətinin ilk 3 ayını Gəncə şəhərində keçirdikdən sonra qalanını Daşkəsən rayonunda davam etdirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Azərişıqda mühəndis vəzifəsində işə başlamışdı.
1 oktyabr 2020-ci ildə qardaşının İkinci Qarabağ müharibəsində olmasına baxmayaraq, Murad da könüllü olaraq adını yazdırıb döyüşlərə qoşulmuşdur. Döyüşlər zamanı Murad torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən bir çox döyüş bölgələrində döyüşmüş və 25 oktyabrda Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Elə həmin gün Qubadlı şəhəri düşmən işğalından azad olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Murad Məmmədov həmçinin "Vətən müharibəsi iştirakçısı", "Qubadlının azad olunmasına" görə medalları ilə də təltif olunub.