Cəmiyev Aşur Bəybala oğlu 18 iyun 1989-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində adandan olub.
1995-ci ildə Naxçıvan şəhərindəki Qambay Vəzirov adına 6 saylı tam orta məktəbin birinci sinfinə gedib.
2003-cü ildə orta təhsilinin qalan hissəsini Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseydə davam etdirib.
2006-cı ildə liseyi bitirən Aşur Cəmiyev paytaxtdakı MTN-nin Heydər Əliyev adına Akademiyasına qəbul olub. 2010-cu ildə həmin akademiyanın “İnzibati idarəetmə, sərhəd qoşunları komanda-taktiki” ixtisası üzrə uğurla bitirib, Lənkəran sərhəd dəstəsinə təyinat alıb.
2010-2019-cu illərdə ərzində Lənkəran sərhəd dəstəsində xidmət edərkən ölkənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlarda iştirak etmiş, və nailiyyətlər qazanıb..
2019-cu ildən başlayaraq DSX-nin “Qazax” əlahiddə səehəd diviziyasında öz xidmətini davam etdirib. 2020-ci ilin sentyabr ayından isə Çevik Hərəkət Dəstəsində müxtəlif vəzifələrdə xidmət etmiş, bir sıra təlimlərə cəlb edilib.
Xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə mükafatlandırılıb.
2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsinə ilk gündən cəlb olunan Aşur Bəybala oğlu Füzuli və Cəbrayıl istiqamətində həyata keçirilən uğurlu hərbi əməliyyatlarda yaxından iştirak edərək 21 oktyabr 2020-ciil tarixində Zəngilan rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.
Ailəli idi, 3 övladı yadigar qalıb.
Azərbaycan Respublikasının ərazi bötüvlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədəkarlıq və rəşadət göstərmiş , vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşur Cəmiyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə " ordeni , Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.