2021/02/16099-3225045018.jpg

line
Soyad: Əsgərov
Ad: Elçin
Ata adı: Yalçın
Doğum tarixi: 05.01.1997
Şəhid olub: 25.10.2020
Rütbə: Leytenant
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Şəhidlər dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçiləridir. Vətən yolunda canını fəda edən igid, cəsur, qeyrətli Vətən övladları ölümsüzlük qazanaraq şəhidliyin ən uca zirvə olduğunu bugünkü gənc nəslə nümayiş etdirirlər.

Düşmən gülləsindən, mərmisindən çəkinməyən, ölümün gözünə dik baxan, Vətən, torpaq, millət uğrunda canını verməkdən bir an belə tərəddüd etməyən, üçrəngli Azərbaycan bayrağını öz qanları, canları bahasına göylərə ucaldan Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq isə hər birimizin vətəndaşlıq borcudur.

İşğalda olan torpaqlarımızın azad olunması üçün canından keçən hərbçilərimzdən biri də Əsgərov Elçin Yalçın oğludur. O, 1997-ci ildə fevral ayının 3- də Şərur rayon (İndiki Kəngərli) Qıvraq kəndində anadan olub. 2004-cü ildə Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2011-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyevadına Hərbi Liseyə daxil olur. 2014-cü ildə sözügedən liseyi bitirərək, paytaxt Bakıya üz tutur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Elçin Əsgərov 2018-ci ildə ali təhsilini kəşfiyyatçı ixtisası üzrə başa vurur və leytenant kimi xidmətə başlayır.

2020 - ci ilin sentyabr ayında başlanan İkinci Qarabağ savaşında əsasən Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında böyük qəhrəmanlıqlar göstərir. Dəfələrlə yaralanmasına baxmayaraq qısa fasilələrlə müalicə olunur və yenidən döyüşlərə qatılır. 25 oktyabr 2020-ci ildə Füzuli rayonu Əbdürrəhmanlı kəndində şəhid əsgərlərini döyüş meydanından çıxararkən özü də şəhidlik zirvəsinə ucalır. Kəngərli rayon Qıvraq qəsəbə məzarlığında torpağa tapşırılıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.