2021/02/16098-3225046286.jpg

line
Adı: Bağırov
Soyadı: Ramin
Ata adı: Nəriman
Doğum tarixi: 19.04.1999
Şəhid olub: 27.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Ramin Nəriman oğlu Bağırov 19 aprel 1999-cu ildə Şahbuz rayonunun Badamlı qəsəbəsində anadan olub. 2006-cı ildə 1-ci sinfə gedir və 8 il həmin məktəbdə təhsil alır. 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə qəbul edilən Ramin 2016-cı ildə oranı bitirərək, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olur.

3 il burada təhsil alan Ramin Bağırov 2019-cu ildə müəyyən səbəblərdən AAHM-dən xaric edilir və həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin may ayında xidmətini başa vurub, Naxçıvana geri qayıdır. Amma Vətən sevgisi Ramini qısa müddətdən sonra  yenidən ordu sıralarına geri qaytarır. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun kəşfiyyatçı kursunu keçərək, xüsusi təyinatlı hərbi hissədə kəşfiyyatçı vəzifəsində  xidmətə başlayır.


Sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsinə oktyabrın 18-dən qatılaraq, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edir. Oktyabr ayının 27-də baş nahiyəsinə dəyən snayper gülləsilə şəhidlik zirvəsinə ucalır.

Oktyabrın 30-da cənazəsi Naxçıvana gətirən Ramin Bağırov Şahbuz rayon Badamlı kəndində torpağa tapşırılır.



Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bağırov Ramin ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.