2021/02/16098-1612523373.jpg

line
Adı: Novruzlu
Soyadı: Ümid
Ata adı: Bahadur
Doğum tarixi: 07.06.1992
Şəhid olub: 05.11.2020
Rütbəsi: gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı

Ümid Novruzlu Bahadur oğlu 1992-ci il uyunun 7-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbəsində anadan olub.


 Ümid Bahadur oğlu Novruzlu 1992-ci il 7 iyun tarixində Babək rayonunda anadan olub. 1998-ci ildə Babək rayon Babək qəsəbəsində Vəli Mahmudov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 2009-cu ildə həmin məktəbdən məzun olub. Azərbaycanın igid oğlu 2010-2012-ci illərdə həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmətdə olduğu müddətdə komandir və əsgər yoldaşlarının hörmətini qazanıb, nümunəvi əsgər olub.

Ümidin Vətənə məhəbbəti sonsuz idi. Məhz bu əbədi sevgi onun yenidən hərbiyə qayıtmasına səbəb olub. 2012-ci ilin 1 avqust tarixində Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissədə MAXEHQ olub, sürücü – atıcı kimi xidmətə başlayıb. O, 2020-ci ildə gizir rütbəsini alıb.



2020-ci ildə Naxçıvanda baş tutan hərbi təlimlərdə ayağından zədələnsə də, İkinci Qarabağ Savaşında döyüşmək Ümidə də qismət olur. Belə ki, zədəli olmasına baxmayaraq Vətən Savaşı üçün döyüşə yollanır. 24 oktyabr 2020-ci il tarixindən döyüşlərə qatılan Ümid Novruzlu 5 noyabr 2020-ci il tarxində Xarıbülbülün yurdu olan Şuşada Şəhidlik zirvəsinə ucalır.



13 noyabr 2020-ci il tarixində cənazəsi doğulduğu Babək şəhərinə gətirilən Ümid Bahadur oğlu Novruzlu elə həmin qəsəbənin məzarlığında dəfn olunur.
Ailəli idi, 2 övladı yadigar qalıb.




Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.



 


memorial.az