Vüqar Aydın oğlu Nəcəfov Beyləqan, daha sonra Füzuli rayonunda təyinatı üzrə çalışır. “Aprel döyüşləri”ndə iştirak edir.
İkinci Qarabağ Savaşının ilk günlərindən döyüşlərə qatılan kapitan Nəcəfov Vüqar Füzuli, Xocavənd və Cəbrayl uğrunda gədən döyüşlərdə qəhramanca vuruşur. Oktyabrın 1-də Cəbrayılın Nüzgar kəndi uğrunda gedən döyüşdə yaralı əsgərini qurtararkən snayper gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə ucalır .3 oktyabr 2020-ci ildə Bakıdakı İkinci fəxri xiyabanda dəfn olunub.
Ailəli idi, iki övladı yadigar qaldı...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.