Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi orduda qalıb.
Azərbaycan Ordusunun əsgəri olan İman Alməmmədov Vətən Müharibəsində iştirak edib. Füzulinin, Hadrutun, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin və Xocalı rayonunun Çanaqçı kəndinin azad olunması uğrunda vuruşub. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Daşaltı kəndində mühasirədə qalsa da, çıxmağı bacarıb.
İman Alməmmədov 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Şahbuz rayonunun Kolanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra
"Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən
“Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.