2021/02/downl-3225543656.jpg

line
Adı: Əsgərov
Soyadı: Samid
Ata adı: Gülmalı
Doğum tarixi: 12.10.1989
Şəhid olub: 03.10.2020
Rütbəsi: Kapitan
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı

Vətən müharibəsi xalqımızın igid oğullarının qəhrəmanlıqları ilə yadda qaldı. Belə igidlərdən də biri Silahlı Qüvvələrin kapitanı, şəhid Samid Əsgərovdur.


Əsgərov Samid Gülmalı oğlu 1989-cu il oktyabr ayının 12-də Neftçala rayonunun Boyat kəndində doğulub. 2005-ci ildə Elton Həbibov adına 4 saylı tam orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub və 2008-ci ildə həmin liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.


Ali məktəbi bitirdikdən sonra peşəkar hərbçi kimi xidmətə başlayıb. Müxtəlif hərbi vəzifələrdə xidmət edən edən S.Əsgərov oxuduğu və işlədiyi müddətdə bir sıra diplom və sertifikatlarla təltif olunub.Məktəbi bitirdikdə “ Leytenant “ hərbi rütbəsi verilib və 2012-ci ilin iyul ayının 26-da təhsilinı davam etdirmək üşün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə göndərilib..

2013-cü ilin iyul ayının 23-də kursu bitirib və Müdafiə Nazirinin əmrinə əsasən 190 saylı hərbi hissəyə göndərilib.

29.07.2013-cü il tarixdən 12.03.2014-cü il tarixədək N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah bölüyünün kəşfiyyat taqım komandiri, 12.03.2014-cü il tarixdən 21.01.2016-cı il tarixinədək 190 saylı hərbi hissənin 1-ci motoatıcı taborunun kəşfiyyat taqım komandiri, 21.01.2016-ci il tarixindən 190 nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün bölük komandiri vəzifəsinə təyin olunub.

27.07.2019-cu il tarixdən N saylı hərbi hissədə kəşfiyyat bölmə rəisinin kəşfiyyatın planlaşdırılması üzrə köməkçisi vəzifəsinə təyin olunub.Oxuduğu və işlədiyi müddətdə müxtəlif diplom və sertifikatlarla təltif olunub.

24 iyun 2013-cü il tarixli 098t №-li əmri ilə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilib.

26 iyun 2018-ci il 0164t № -li əmri ilə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən "Azərbaycan ordusunun 100 illiyi" Yubiley medalı ilə təltif edilib.
26 iyun 2019 il tarixli 0151t №-li əmri ilə "Qüsursuz Xidmətə Görə" Azərbaycan Respublikasının Prezidenti adından, Azərbaycanan Respublikasının Müdafiə naziri tərəfindən 3-cü dərəcəli medalla təltif edilib..

Həmçinin "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.


Təməl Xüsusi Təyinatlı kursu bitirdiyinə görə 26 sentyabr 2014-cu ildə Xüsusi təyinatlı qüvvələrin komandanı general-mayor,Hikmət Mirzəyev, Tədris Mərkəzinin rəisi polkovnik Vaqif Salehov tərəfindən sertifikata layiq görülüb.

26 iyun 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə Hərbi hissədə keçirilən futbol turnirində ən yaxşı komandanı hazırladığına görə n saylı hərbi hissə komandiri polkovnik-leytenant Ədalət Hacıyev tərəfindən fəxri fərmanla təltif edilib.

31 may 2019-cu il Kəşfiyyat bölmələri ilə keçirilən dağ hazırlığı üzrə toplanışda yüksək nəticələr göstərdiyinə görə general-mayor Hikmət Həsənov tərəfindən fəxri fərmanla təltif olunub.


Sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində ilk gündən Samid Səmədov dəfələrlə düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirib.


Sonuncu dəfə Füzuli istiqamətində iştirak etdiyi döyüşdə qəhrəmancasına şəhid olub.


S.Əsgərov göstərdiyi şücaətlərinə görə, Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.