2021/09/nihad-1632598208.jpg

line
Soyad: Abbasov
Ad: Nihad
Ata adı: Mövlüd
Doğum tarixi: 25.07.2000
Şəhid olub: 09.10.2020
Rütbə: MAHHXHQ baş əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Nihad Abbasov 2000-ci ilin 25 iyulunda Qax rayonunun İlisu kəndində anadan olub.  2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb.

Nihad məktəb illərində idmana böyük maraq göstərib və yüngül atletikanın 100 metr məsafəyə qaçış növündə zona üzrə birinci yerə çıxıb. Üç il ardıcıl rayonun “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü komandası ilə Respublika çempionatının, zona yarışının qalibi olub. Nihad həm də qaydasız döyüş üzrə Azərbaycan çempionatının bir çox yarışlarında iştirak edib.

Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə  kəşfiyyatçı kimi iştirak edib. Oktyabrın 9-da Ağdərə yaxınlığında gedən döyüşlərdə snayperlə vurulub və oktyabrın 18-də döyüş meydanından çıxarılıb. 24 oktyabr 2020-ci ildə doğma kəndi İlisuda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilib.