2021/02/img-2-1612875067.jpg

line
Adı: İbrahimov
Soyadı: Zəmanət
Ata adı: Gülhəsən
Doğum tarixi: 11.05.1989
Şəhid olub: 27.09.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Zəmanət Gülhəsən oğlu İbrahimov 1989-cu il 11 may tarixində Salyan rayonu Sarvan kəndində anadan olub. Salyan rayon Sarvan Kəndi İsfəndiyar Həsənov adına tam orta məktəbi bitirib. 2007-ci ilin iyulun 7-si hərbi xidmətə yollanıb. 2009-da  ehtiyyata buraxılıb. 2009-cu ilin aprel ayında  Silahli Qüvvələrin Təlim-Tədris Mərkəzinin  müddətdən artıq Həqiqi Hərbi xidmət kursunu mota-atıcı manqa  komandiri olaraq bitirib.

Gəncədə işləyən Zəmanət daha sonra könüllü olaraq Murova yollanıb. Daha sonra Gizirlik vəzifəsinə yüksələrək Goranboya ordan isə könüllü olaraq Naftalana gedirb. Tağım komandirinin müavini, Gizir İbrahimov Aprel döyüşlərində də böyük şücaətlə iştrak edib. Lakin xidmət etdiyi bölgələri hərbi sirr kimi saxlayaraq ailəsinə belə bildirməyib. Şəhidliyə ucaldıqdan sonra qəhrəmanımızın hərbçi yoldaşları onun Aprel döyüşləri və Tovuz döyüşlərində göstərdiyi igidlikdən danışarkən ailənin bundan xəbəri olub.

Qəhrəmanımızın arzusu Qarabağı namərd düşmənlərdən xilas etmək olub hər zaman. Bəlkə elə buna görə həmişə döyüşə tələsib. Və nəhayət, o gün gəlib çatıb. Zəmanət İbrahimov tökülən qanları yerdə qoymamaq üçün Vətən müharibəsinə yollanıb. Şəhidimiz 27 sentyabr axşam saat 7-8 radələrində yaralanıb və gecə saat 9-10 arası Tərtər rayonunun Talış kəndində şəhidlik zirvəsinə ucalıb.

Zəmanətgil ailədə 2 qardaş olublar. Hər iki qardaş vətən sevgisiylə böyümüş mərd igidlərimizdən idi. Zəmanət İbrahimovun  Abdulhəsən Səma adlı iki övladı var. Ailəsi onun haqqında danışarkən xüsusi olaraq qeyd edir ki, ”O, sağlığında da qəhrəman idi. 13 il idi ki, hərbiçi vəzifəsində işləyərək dövlətə canla-başla qulluq edirdi" . Zəmanət hər zaman Ailəsinə dostlarına yaxın qohumlarına danışırdı ki, “Allah hər kəsi Şəhidlik zirvəsinə yüksəltsin. Ondan böyük ad yoxdur dünyada”.


Ölümün nəfəs qədər yaxınlıqda olduğunu hiss edən qəhrəmanımız son olaraq 27 sentyabrda həyat yoldaşına zəng edib. “Uşaqlardan muğayət ol”, deyərək telefonu söndürməyə macal tapmamış atəş səsləri eşidilib. Mənfur düşmənin ardı-arası kəsilməyən güllələri qəhrəmanımızı şəhidlik zirvəsinə ucaldıb.

Cənab Prezident İlham Əliyevin Sərəncamlarına uyğun olaraq, Zəmanət İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.