2021/02/16092-11290755413.jpg

line
Adı: Abdullazadə
Soyadı: Tağı
Ata adı: İlham
Doğum tarixi: 04.05.1992
Şəhid olub: 02.11.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Tağı İlham oğlu Abdullazadə 1992-ci il 5 may tarixində Sədərək rayonunda anadan olub. 1999-2010-ci illərdə orta təhsilini Sədərək rayon 1 nömrəli tam orta məktəbində alıb.

2010-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. 2011-ci ildə hərbi xidmətdən qayıtdıqdan sora Sədərək rayon Heydərabad qəsəbəsində tam orta məktəbində hərbi müəllimi vəzifəsində işləyib.

2019-cu il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrin 3 aylıq təməl kursuna qəbul olunub. Kursu bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələri sırasında xidmət edib.



Azərbaycan Ordusunun xüsusi təyinatlısı olan Tağı Abdullazade 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsidə Füzuli və Hadrut isdiqamətində gedən döyüşlərdə olub. Tağı Abdullazade noyabrın 2-də Hadrutun Tuzluca istiqamətində gedən döyüşlər zamanı boğazından aldığı qəlpə yarasından şəhid olub. Naxçıvan şəhərinin Sədərək rayonunda dəfn edilib.

Yusif adında bir oğlu əmanət qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Tağı Abdullazade ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.