2018-ci ildə Çeçenistana işləməyə gedən Vüqar 2 il orda qalıb, 2020-ci il sentyabr ayında Vətən müharibəsinin başladığını eşidib Vətənə qayıdıb. O, evinə gəlməzdən öncə Qəbələ rayon Hərbi Komissarlığına gedərək, könüllü orduya yazılıb. 5 oktyabr 2020-ci ildə döyüşlərə qoşulur. Füzuli, Qubadlı uğrunda döyüşlərində iştirak edib.
Noyabrın 3-də Şuşa şəhəri istiqamətində döyüşlərdə şəhid olub. Doğulduğu Qəbələ rayon Yengicə kəndində dəfn edilib. Vüqar subay idi. Ailədə ata, ana, iki baci iki qardaş olublar.
Vətən mühaaribəsində göstərdiyi mərdlik və qəhrəmanlığa görə, Vüqar
"Vətən uğrunda" ,
"Şuşanın azadlığına görə" ,
"Döyüşdə fərqlənməyə görə" ,
"Füzulinin azadlığına görə" medalları ilə təltif edilib.