2013-cü ildə Bakı şəhərində məzun olub. Məzun gününün köynəyində “Mən Qarabağı sevirəm” yazdırıb. 2013-cü il tarixində Hərbi xidmətə Tovuza yola düşüb. Xidmət dövründə, xidmətdə fərqləndiyi üçün kiçik çavuş rütbəsi alıb. Daha sonra Tovuz döyüşlərində iştirak üçün könüllü ön cəbhəyə gedib. 2015-ci ildə Azərbaycan Respublikası Yüksək Rabitə və informasiya texnologiyaları nazirliyinin Binəqədi rayonu filialında çalışıb.
2020 ci-il təhsilini artırmaqdan ötrü Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət peşə təhsil mərkəzinə daxil olub. Elə həmin ki il, yəni 2020-ci ildə könüllü olaraq, qismən səfərbərlik elan edilməmişdən öncə, Nərimanov rayonu Hərbi Komissarlığında qeydiyyatdan keçib. 29.09.2020-ci ildə cəbhəyə yollanıb. Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonu döyüşlərində fəal iştirak edərək, 25.10.2020-ildə qəhrəmancasına şəhid olub . Evin tək oğludur. Bir bacısı var.
Özü dəfələrlə ailə üzvləri və dostları ilə Qarabağ mövzusunun müzakirəsi zamanı döyüşə gedəcəyi və şəhid olmaq istəyinə önəm verdiyini söyləyib. Uşaqlıqdan arzusu Qarabağda şəhid olmaq idi. Bir dəfə məktəbdə, müəllimə soruşur ki, arzunuz nədir.
Şəhriyar:”Müəllimə, mən şəhid olmaq istəyirəm” deyir. Muəllimə niyə böyük zirvələr düşünürsən deyəndə.
Şəhriyar: “Ən böyük zirvəni istəyirəm”.
Şəhidlikdən bğyük zirvə yoxdur, deyə cavab verib. Atası deyir ki, normal həyatda ağlamağı heç sevməyən, həmişə göz yaşlarını gizlədən Şəhriyar şəhid xəbərlərini eşitdikcə hönkür-hönkür ağlayıb mən də getməliyəm deyirdi.
“Uşaq yaşlarında həmişə Xocalı faciəsindən danışırdı, orada öldürülən uşaqların, böyüklərin halına yanırdı. Çox vətənpərvər övlad idi. Qarabağ uğrunda döyüşlər başlayanda Şəhriyar könüllü olaraq ordu sıralarına yazıldı, mən də ona mane olmadım. Bir söz deyəndə də deyirdi ki, sən vuruşma, mən vuruşmayım, bəs kim vuruşsun?”
Bunu Moderator.az-a açıqlamasında şəhidimiz Şəhriyar Qasımovun atası Vəzir Qasımov deyib. Şəhriyar Qasımov 1995-ci il noyabr ayının 7-də Bərdə rayonu, Hüseynbəyli kəndində anadan olub. Orta məktəbi uğurla bitirən Şəhriyar hərbi xidmətə yollanır. Xidmət dövründə kəşfiyyatçı-snayperçi daha sonra kiçik çavuş rütbəsinə yüksəlir. Şəhidimiz Tovuz döyüşlərində də iştirak edib. Şəhriyarın atası şəhid ailələrinə bu cür təskinlik verib:
“Şəhid olmaq dində də, xalqın içində də şərəfdir. Bir gün tez, bir gün gec hamı bu dünyadan köçəcək. Şəhid ailələrinə onu deyə bilərəm ki, övladların şəhidlik zirvəsinə yüksəlmələri ilə barışsınlar, dünyadan köçməyə tələsməsinlər. Allahın verdiyi ömrü yaşasınlar, özlərinə yaxşı baxsınlar” - deyə şəhid atası bildirib.
Şəhidimizin anası İlhamə Qasımova isə oğlu ilə bağlı bu sözləri danışıb:
“Dedim ki, oğul getmə, atan xəstədir. Dedi ki, mən ölməyə yox, öldürməyə gedirəm. Qələbə ilə geri qayıdacam. Ürəyində arzuları çox idi, hər şeyini bizimlə paylaşan deyildi. Amma ən böyük arzusu şəhid olmaq idi. Mən xəstəxanada idim, yoldaşım zəng etdi ki, gəl evə. Bildim ki, balama nəsə olub. Məni aldadıb dedi ki, ayağını kəsiblər, dedim ki, eybi yoxdur, mən öz ayağımı ona verərəm. Sən demə artıq balam şəhid olmuşdu. Balam mənə verdiyi sözü tutmadı, geri qayıtmadı. Hələ də onun yolunu gözləyirəm. Nə cəbhəyə yollananda qoydu onu yola salım, nə də danışa bildim onunla. Təkcə bir dəfə danışdım, o da maaşını alanda. Kaş yanımda olaydı, sarılardım ona. Heç olmasa bir dəfə (ağlayır) ”...
Qeyd edək ki, Şəhriyar Qasımov Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonu uğrundakı döyüşlərində fəal iştirak edərək, oktyabr ayının 26-da şəhidlik zirvəsinə ucalıb.