Eyni gün Rzayevlər ailəsində bir oğlan övladı dünyaya gəlir. Nadir Rzayevin qardaşı ata olur. Əmisinin adını uşağa verən ailə eyni taleyi yaşayacaqlarını hardan biləydi ki?
İllər keçir əmisinin adını daşıyan balaca Nadir böyüyür artıq 2000-ci ildə Sumqayıt şəhəri 17 saylı tam orta məktəbin 1-ci sinifinə gedib. 2011-ci ildə həmin məktəbi bitirib və hərbi xidmətə yola düşüb. Hərbi xidmətdən gəldikdən az müddət sonra yenidən ordu sıralarına qayıdaraq Xüsusi Təyinatlı Dəstənin tərkibində Vətənə qulluq edib. 6 il xidmət etdikdən sonra onun xidmət vaxtına isə ikinci Qarabağ müharibəsi təsadüf edir.
Cəbrayıl rayonunun qaytarılmasında xüsusi rolu olan qəhrəmanımız 2020-ci il oktyabr ayının 13-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə böyük şücaət göstərir.
Əmisinin intiqamını almaq arzusuyla döyüş meydanının ən qızğın ərazilərində olan Nadir Rzayev düşmənə qan uddursa da özü şəhidlik zirvəsinə ucalır. Rzayevlər ailəsi uzun illər keçsə də eyni acını bir daha yaşayır.