Azərbaycan Ordusunun leytenantı olan Mətin Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətin Hüseynov
noyabrın 9-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Ordubad rayonunda dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən leytenant Hüseynov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdlik və igidlik göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Mətin Hüseynov ölümündən sonra
"İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Mətin Hüseynov ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.