Ələkbərov Bağır Əsəd oğlu 1995 -ci il,fevralın 10-da Naxçıvan MR-nın Naxçıvan şəhərində hərbiçi ailəsində anadan olub. 2001-ci il də Naxcıvan şəhərində 705 № li tam orta məktəbin 1-ci sinfinə daxil olub, sonradan ailəsi Culfa şəhrinə köçdüyündən təhsilini Culfa şəhəri 3 № li tam orta məktəbdə davam etdirib. 2012-ci ildə həmin məktəbdən məzun olub.
Bağır Ələkbərov 2013-cü il, aprelin 1-də hərbi xidmətə yollanıb və Naxçıvanda "N" saylı hərbi hissənin Xüsusi Təyinatlı Qüvvələrində snayperçi əsgər olub. Həqiqi hərbi xidməti bitirməyinə 3 ay qalmış xidməti dövründə göstərdiyi yüksək nizam-intizam, vətənpərvərliyi, cəsarəti nəzərə alınaraq XTQ də Gizir rütbəsi verilib, xidmətini Snayperçi Gizir kimi davam etdirməyə başlayıb. Bu illər ərzində bir çox yerli , xarici təlimlərdə, həmçinin Beynəlxalq yarışlarda iştirak edib.
2015-ci il, martın 21-də "N" saylı XTQ-nin hərbi hissə komandiri Rəşad Aslanov tərəfindən Döyüş və İctimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif edilib.
2016-ci ildə Snayper hazırlığının təkmilləşdirilməsi kursunu fərqlənmə ilə bitirdiyi üçün mükafatlandırılıb.
Bağır 2017-ci il,martın 20-də N saylı XTQ-nin hərbi hissə komandiri Haqverdi Dadaşov tərəfindən Döyüş və İctimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif edilib.
2018-ci ildə Türkiyədə keçirilən "Özel Kuvvet Tim Keskin Nişancı" kursunu nailliyətlə bitirərək sertifikat alıb. Ardınca davam edən "Özel Kuvvet Uzman Nişancı" kursunu bitirib və sertifikatla təltif edilib.
2019-cu ildə Xüsusi snayper tapşırıqlarının yerinə yetirilməsi kursunda sertifikatla, həmçinin 2019-cu ildə 04-22 fevral tarixlərində keçirilən beynəlxalq təlimdə sertifikatla mükafatlandırılıb.
pbr /Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya və Qaraqaya dağının düşməndən azad olunmasında iştirak edib. Bu həmin döyüşlərdir ki, ümumi olaraq, 11000 hektarlıq ərazi düşməndən azad olunub. Döyüş əməliyyatlarında iştirak etdiyi üçün Naxçıvan MR Ali məclisin Sədri Vasif Talıbov tərəfindən pul və qol saatı ilə mükafatlandırılıb./p
pimg class="responsive-img img-responsive" src="http://www.memorial.az/photos/2021/02/16084-4840750548.jpg" //p
pbr /İkinci Qarabağ Savaşında Naxçıvandan gələn hərbçilər sırasında yer alıb. Hadrut istiqamətində 15–dək kəndin erməni işğalçılarından azad olunmasında iştirak edib. 15 oktyabr 2020-ci ildə Hadrut şəhərinin işğaldan azad olunması zamanı şəhidlik zirvəsinə ucalıb. Naxçıvan şəhər Əliabad qəbirstanlığında dəfn olunub./p
pbr /2019-cu ildə “Azərbaycan Ordusunun 100 illik yubiley medalı”strong ilə təltif edilib./p
pimg class="respo /strongnsive-img img-responsive" src="http://www.memorial.az/photos/2021/02/16084-3227167032.jpg" />
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ələkbərov Bağır Əsəd oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.