2021/02/img-2-1613590534.jpg

line
Adı: Babayev
Soyadı: Rauf
Ata adı: Fəxrəddin
Doğum tarixi: 05.06.2001
Şəhid olub: 01.10.202
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı
Babayev Rauf Fəxrəddin oğlu 2001-ci ildə Xaçmaz şəhərində anadan olub. 2007-2018-ci illərdə Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsil alıb.

Üç bacının tək qardaşı olan Rauf hələ uşaq yaşlarında atasını itirib, ailəsinin yükünü öz çiyinlərinə götürüb.
Rauf 2019-cu ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda xidmətdə olub. Rauf hərbi xidmətə gedərkən anasına söz verərək deyib ki, “Ana, mən Qarabağı alıb gələcəyəm”.

Gənc şəhid sözünü tutub. İkinci Qarabağ müharibəsi döyüşlərində Rauf Babayev qəhrəmanlıq göstərən, ön xəttdə döyüşən əsgərlərimizdən biri olub. Oktyabrın 1-də Tapqaraqoyunlu kəndi və Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq, 19 yaşında şəhidlik zirvəsinə ucalıb.



Rauf Babayev okyabrın 6-da Xaçmaz rayon qəbristanlığında torpağa tapşırılıb.15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” "Cəsur döyüşçü" medalları ilə təltif edilib.