2021/02/img_2-6454963760.jpg

line
Soyad: Həsənov
Ad: Qüdrət
Ata adı: Səfər
Doğum tarixi: 25.09.1995
Rütbə: əsgər

Həsənov Qüdrət Səfər oğlu 1995-ci il oktyabrın 20-də Sabirabad rayon Qardaşkənd kəndində anadan olub. Sabirabad rayon Rəsul Əhmədov adına tam orta məktəbi bitirdikdən sonra Bakı İdarəetmə və Texnologiya kollecinə qəbul olub. Hərbi xidmətini başa vurduqdan sonra 27.06.2019-cu ildə ailə həyatı qurub. 29 sentyabrda ikinci Qarabağ müharibəsinə könüllü yollanan qəhrəmanımızın ən böyük arzusu Vətən uğrunda şəhadətə qovuşmaq olub. Döyüşlərə gedərkən anasını həyat yoldaşına tapşıraraq ” şəhid olsam, anam sənə əmanətdir” – deyib.

Müharibə zamanı Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının alınmasında fəal iştirak etsə də, 29 oktyabrda Qubadlı istiqamətində düşmən hücumunu dəf edərkən iki güllə yarası alaraq qəhrəmancasına şəhid olub. İgidimiz  29 noyabrda xalqın böyük izdihamı ilə Sabirabad rayonu Qardaşkənd qəbristanlığında dəfn olunub.




memorial.az