2003-cü ildə Şahtaxtı kənd tam orta məktəbinin 1ci sinfinə daxil olub, 2010-2013-cu illərdə Naxçıvan şəhər Heydər Əliyev adına hərbi liseyde təhsil alıb. Anasının xəstəliyi ilə əlaqədar olur təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalıb. 2013-2014-cü illərdə Naxçıvanda "N" saylı hərbi hissədə xidmət edib. 2014-cü ilin iyun ayının 25-dən həmin hərbi hissədə kəşfiyyatçı snaper vəzifəsində xidmətini davam etdirib. 2015-ci il 1 oktyabrda xidmətini uğurla başa vurub. Xidmətdə olduğu müddətdə isə Elmeddin anasını itirir. 2018-ci ildə könüllü olaraq yenidən ərizə yazaraq ordu sıralarına daxil olur. Elə həmin ildən Xüsusi təyinatlı qüvvələrə snayper kimi daxil olur.
Vətən müharibəsinin ilk günlərindən Naxçıvandan yollanan ilk xüsusi təyinatlı qüvvələrin dəstəsində Elməddin də olub. Füzulidən başlayaraq ön cəbhədə - döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi fərqlənib. Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. Son sözü "Qarabağ Azərbaycandır" olan şəhidimiz 23 oktyabrda Qubadlı şəhəri Qırmızıbazar adlanan bölgədə şəhidlik zirvəsinə ucalıb. 26 oktyabrda doğulduğu Şahtaxtı kəndində son mənziline yola salınıb.