01.04.2010-cu ildə həqiqi hərbi xidmətini başa vuraraq, tərxis olunub. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlayıb.
2017-ci ildə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək, sertifikat alıb və 2018-ci ildən kəşfiyyat bölüyündə xidmətini davam etdirib. O, xidmətini daim döyüş bölgələrində keçirib, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənib.
Tural peşəsini çox sevirdi, onunla nəfəs alırdı. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən xidməti həmişə yüksək qiymətləndirilib, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edən,
"Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən Müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.
Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci ildə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında izdihamla dəfn olunub.
Ailəli idi.
İki əkiz - Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən Tural Məmmədov ölümündən sonra
"Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif edilib.