Musibov Veysəl Yadulla oğlu 15 fevral 1989-cu il Qazaxıstan SSR Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində anadan olmuşdur.
Məktəbə Şahbuz rayonunun Sələsüz kəndində Vahid Ələkbərov adına orta məktəbdə oxumaqla başlamışdır. 7-ci sinifə qədər bu məktəbdə oxumuş, 2004- cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi liseyə qəbul olunmuşdur. 2007-ci ildə oranı bitirmişdir . 2007-ci ildən 2011- ci ilədək AAHM-da oxumuşdur .2011-ci ilde N saylı hərbi hissədə taqım komandiri kimi xidmət etmişdir. 2012 -ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursu keçərək Xüsusi Əməliyyat Qrup komandiri vəzifəsində xidmət etmişdir. 2012- 2016 -cı illər ərzində dəfələrlə döyüş tapşırığında iştirak etmişdir. 2016-cı il aprel döyüşlərində fəal iştirak etmişdir.
Dəfələrlə hərbi hissədə və ordu arasında, xarici ordular arasında yarışlarda iştirak etmişdir. 2018 - ci ildə ordu arasında keçirilən kəşfiyyatçı qrup yarışında 1- ci yeri tutmuşdur. "Efes -2018" Xüsusi Təyinatlılar yarışında iştirak etmiş, 24 ölkə arasında qrup olaraq 1-cilik əldə etmişdirlər. 2018-ci ildə Xüsusi Əməliyyat taborunda Əməliyyat zabiti olmuşdur. 2019-2020- ci illər ərzində xüsusi əməliyyat taborunun qərargah rəisi vəzifəsində Vətənə xidmət etmişdir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak edərək Kəlbəcər rayonu istiqamətində Murov yüksəkliyinin alınmasında fəal iştirak edib. Həmçinin Füzuli rayonunun bəzi kəndlərinin alınmasında iştirak edib, Cəbrayıl rayonunun alınması zamanı 7 oktyabr 2020-ci ildə Şəhidlik zirvəsinə ucalmışdır. 8 oktyabr 2020-ci ildə Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn olunub. Vətənə 4 yaşlı qızı və 2 yaşlı oğlu əmanətdir.
İndiyədək təltif olunduğu medallar ve fəxri fərmanlar aşağıdakılardır:
1. Azərbaycan Ordusunun "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
2. "Azərbaycan Ordusunun 90 illiyi" yubiley medalı
3."Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı
4."Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
5.Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş "Hərbi xidmətlərə görə" medalı, ölumunden sonra “Vətən muharibəsi qəhrəmanı” adı verilib.