2020-ci ilin aprel ayından hərbi xidmətə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib 8 oktyabrda yaralanıb.
Təcili olaraq Hərbi Hospitala çatdırılsa da, 10 oktyabr 2020-ci il tarixində Şəhidlik zirvəsinə ucalıb. Sabunçu rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.