2021/05/Orxan-1622356917.jpg

line
Adı: Əkbərov
Soyadı: Orxan
Ata adı: Nadir
Doğum tarixi: 12.12.1982
Rütbəsi: Polkovnik-leytenant

Orxan Nadir oğlu Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar şəhərində dəfn olunub.

Ailəli olan şəhidimizin vətənə əmanət iki övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.



**

Canımı qurban verərəm”i təkcə demədi, bacardı da… Hücum əmri gələndə silaha sarılır, əsgərlərinin önünə düşür, Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamlarını başına sovurur. Kənd Horadiz istiqamətində meşədə 100-ə yaxın xüsusi təyinatlı düşmən əsgəri məhv edilməsində xüsusi rəşadət göstərir. Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın komandanlığı ilə Azərbaycan əsgəri tərəfindən məhv edilib. Qeyri-bərabər döyüşdə o, yaralı əsgərini və şəhidini döyüş meydanında qalmasını öz həyatı bahasına istəməyib, əsgərlərinə “biz (özü ilə birgə 6 silahdaş-red.) müdafiədəyik, siz onları döyüş meydandanından çıxarın” əmrini verib.

O, özü kimi əsgərlərini də, buna hazırlamışdı. Düşmənin cəbhəsinin yararkən, “həyatın ən böyük xoşbətliyi bu gündür” deyən komandirin qəlbində gəzdirdiyi ülvi bir istək var idi: Şuşada üçrəngli bayrağımızı birinci dalğalandırmaq!



Ailədə 4 qardaş olan Orxan Əkbərov 1982-ci ilin 12 dekabrında ziyalı ailəsində anadan olub. Orta məktəbini Biləsuvar şəhəri, 1 saylı tam orta məktəbdə başa vurub. Uşaq yaşalarında hərbçi olmaq haqqında arzusu baş qaldıranda idman sahəsində peşəkər boksçu kimi dəfələrlə çempionluq qazanıb. Hərbçilər arasında peşəkar boks üzrə keçirilən yarışların qaliblərindən olub.

2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq hərbi təhsilini leytenant rütbəsi ilə başa vurub. 2005-ci ildə Təlim Tədris Mərkəzində təhsilini artıran bacarıqlı kəşfiyyatçı Füzulidəki “N” saylı həbi hissədə tağım komandiri, sonra bölük komandiri kimi vətənə xidmətdə ilk uğurlarını qazanıb.

Bütün xidmətini ön cəbhədə xidmət göstərməkdən qürur duyan qorxmaz kəşfiyyatçı Orxan Əkbərov illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti komandanlıq tərəfindən yüksək qiymətləndirilərk çoxsaylı fəxri fərman və diplomlara layiq görülüb. Beyləqan və Ağdam rayonlarında “N” saylı hərbi hissələrdə kəşfiyyat rəisi olduğu illərdə nizam-intizmı, vətəpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı peşəkar zabit kimi onu şöhrətlənib.

2019-cu ildən cəbhə bölgəsində “N” saylı kəşfiyat hərbi hissəsinə komandirlik edən Orxan Əkbərov düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında yaxından iştirak edib.

Bu gün Orxanın necə bir qəhrəman oğul olmasını, onu tanıyan hər kəs bilir. 20 illlik şərəfli xidməti dövründə, onunla xidmət etmiş minlərlə zabit və əsgərdən kimsə Orxan – adını eşitdikdə, onun qorxmaz vətən oğlu, təəssübkeş qardaş olmasından fəxrlə danışırlar. Döyüşlərə yüksək əhval-ruhiyyədə girməsi əsgərlərdə qələbə əzmini artırıb, ölümdən heç vaxt qorxmayıb. Necə ki, ölümdən qorxmayaraq komandir adını yüksək tutaraq vətən uğrunda şərəfli ölümü üstün tutmuşdu.




Təltifləri

(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2015) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26.06.2020) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

memorial.az