Zeynalı 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunandan sonra fərdi təsərrüfatda işləyib.
Zeynalı II Qarabağ Müharibəsi zamanı işğal altında olan Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. O, oktyabrın 14-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zeynalı Dursunov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Dursunov Füzulinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında da fərqləndiyi üçün Prezident İlham Əliyevin Sərəncamına müvafiq, ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Habelə ölkə Prezidentinin digər Sərəncamına uyğun olaraq, şəhidimiz müharibə zamanı döyüş tapşırıqlarını cəsarət və fədakarlıq göstərərək yerinə yetirdiyi üçün ölümündən sonra
"Döyüşdə fərqlənməyə görə" medalı ilə də təltif edilib.