Ə.Əliyev adına 125 №li tam orta məktəbdə təhsil alıb. Eyni zamanda, istedadlı, musiqi duyumu yüksək olan Vüsal 4 №li Uşaq İncəsənət musiqi məktəbində skripka sinfində təhsil alaraq incə ruhu aləmə sahibliyini təsdiq edirdi. Vətən-Qarabağ mövzusu onun həyatının ana xətti idi. O, hərbi xidməti - Vətən borcunu Murovda yerinə yetirmişdi. Manqa komandiri kimi əsgər yoldaşlarına dəstək, qardaş olmağı bacarmışdı. II Qarabağ müharibəsi başlanan gündən Vüsalın bir məqsədi oldu: Vətənə övlad olduğunu, Azərbaycana can olmağı təsdiqləmək. Oktyabrın 5-də könüllü döyüşlərə qatılıb. Füzuli uğrunda aparılan hərbi əməliyyatlarda fəal iştirak edib, rəşadət göstərib, qəhrəmanlıq salnaməsinə adını həkk etməyi bacarıb. Vüsalın ailəsi ilə son əlaqəsi 15 oktyabr saat 14:20-də olub. Suqovuşanda şəhadətə yüksələn Vüsal 6 gün neytral ərazidə qalıb. Vüsal müxtəlif layihələrdə, müsabiqələrdə iştirak edib qalib olan, elmi məqalələrlə müəllif hüququna layiq görülən istedadlı gənc idi. Ömrünün ən uca məqamı isə şəhidlik zirvəsi oldu.
Ölümündən sonra sonra
"Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.