2021/03/18534-1615828819.jpg

line
Adı: Məmmədov
Soyadı: Zəbiyulla
Ata adı: Şahin
Doğum tarixi: 14.04.2000
Şəhid olub: 04.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Məmmədov Zəbiyulla Şahin oğlu 14 aprel 2000-ci ildə Bakıda doğulub. 2006-2015-cı illərdə Nizami rayonu 229 saylı tam orta məktəbdə oxuyub. Həmçinin, 2010-2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb.

12-13 yaşlarında T.İsmayılov adına mədəniyyət sarayında vokal dərsləri alıb, bir çox səhnə fəaliyyəti ilə çıxış edib. 2015-2019-cu ildə Konservatoriya nəzdində A.Zeynallı adına musiqi kollecinin tar ixtasında təhsil alıb. Bu illərdə bir çox tədbirlərdə iştirak edib, bir neçə əsər bəstələyib. O, musiqidən əlavə, şeirlər də yazırdı. Kolleci bitirəndən sonra 2019-cu il 2 oktyabrda hərbi xidmətə gedib. Öz istəyi ilə kəşfiyyatçı olub.

Vətən müharibəsi başlayandan Ağdərə, Talış kəndi, Suqovuşana ezam edilib və orda şücaətlə döyüşüb. Şəhid olmazdan qabaq Zəbiyullanın boynundan ağrısı varmış. Komandiri onun nasaz olduğunu görüb tibb məntəqəsinə aparıb və üç gün orda qalacağı deyilib. Lakin səhəri gün onu əsgərlər üçün ayrılmış otaqda görüb və niyə burda olduğunu soruşub. Zəbiyulla da cavabında, "sizi tək buraxmaram, mən də sizlə gedirəm" - deyib. Bu, onun son gecəsi idi.

Zəbiyulla komandirin şəxsi rabitəçisi idi. Daim komandirinin yanında olub. Səhəri gün - noyabrın 4-də əsgərlərdən 90 nəfər dağa qalxırlar. Komandiri Zəbiyullaya "Mən əsgərləri mövqelərə yerləşdirim, gələcəm" - deyib. Komandirin yanında minamyot partlayır və onu bir neçə metr kənara atır. Ayılandan sonra ürəkbulanma və burnundan qan gəldiyindən aşağıdakı çaya gedir. Ora çatanda Zəbiyulla onu görür və öz mövqeyini atıb onlara köməyə gedir. Elə yoldaca yenidən minamyot atılır. Yaralanan komandir ayılandan sonra Zəbiyullanın şəhid olduğunu eşidir. Deyilənə görə, Zəbiyullanın əsgər yoldaşı onun şəhid olduğunu bilən kimi onu döyüş meydanından çıxarıb, əsgər yoldaşları 12 kilometr çiyinlərində hərbi hissəyə qədər daşıyıblar.

Zəbiyulla hərbi xidmətə gedərkən atası zarafatla ona "2 erməni öldürüb gələrsən" demişdi. Müharibənin ilk günlərində Zəbiyulla atasına zəng vurub "Atam, sən mənə nə demişdin? Yerinə yetirdim onu!" - deyir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zəbiyulla Məmmədov ölümündən sonra "Cəsur Döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.