2021/03/12585-3232336320.jpg

line
Soyad: Ağayev
Ad: Daşqın
Ata adı: Əliqulu
Doğum tarixi: 23.11.1987
Şəhid olub: 21.10.2020
Rütbə: Mahhxhq kiçik çavuş
Təltifləri
«Döyüşdə fərqlənməyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Daşqın Ağayev 1987-ci il, noyabırın 11-də Sumqayıt şəhərində anadan olub. 1993-2004-cü illərdə Sumqayıt şəhəri 29 saylı tam orta məktəbində təhsil alıb.

Daşqın 2006-2007 ci illərdə Tovuz rayonunda hərbi xidmətdə olub. 2009-cu ildə Qusar rayonunda N saylI hərbi hissədə MAXE kimi hərbi xidmətə başlayıb. Azərbaycan Ordusunun kişik çavuşu olan Daşqın Ağayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 "Döyüşdə fərqlənməyə görə" , "Cəbrayılın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.